Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın elm kompüter şəbəkəsi Avropanın elektron elmi və təhsil şəbəkəsinin layihəsinə qoşulacaq

Azərbaycanın “AzScienceNet” elm kompüter şəbəkəsi ümumavropa elektron elmi və təhsil şəbəkəsinin “GN4-3” layihəsinə qoşulacaq.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan "Xalq qəzeti"nə verilən məlumata görə, əsas məqsəd istifadəçilərin Avropadakı tədqiqat infrastrukturlarına və e-infrastruktur mənbələrinə bərabər, yüksək performanslı şəbəkə imkanı ilə çıxışını təmin etməkdir.

Qeyd edək ki, GEANT, Milli Tədqiqat və Təhsil Şəbəkəsi tərəfdaşları ilə birlikdə istifadəçilərə hər an və hər yerdə rabitə, hesablama, analiz, saxlama, proqramlara və digər mənbələrə məhdudiyyətsiz giriş imkanı verir.
Hazırda “AzScienceNet”in GN4-3N layihəsinə qoşulması istiqamətində işlər aparılır. İlkin mərhələdə şəbəkə layihənin nümayəndəsi kimi qəbul olunub və üzvlüyün təsdiq olunması üçün müəyyən işlər görülür.

Qeyd edək ki, layihədə 41 milli tədqiqat və təhsil şəbəkəsi, eləcə də 500-dən çox mütəxəssis təmsil olunur.

3 Fevral 2021 14:47 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə