Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU beynəlxalq sahədə əməkdaşlığı genişləndirir

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 10 ildir ki, qeyri – neft sektorunun inkişaf etdirilməsini hədəfləyən ölkəmizin turizm sektoru və digər xidmət sahələri üçün beynəlxalq standartlara uyğun yüksək ixtisaslı, peşəkar kadrlar hazırlayır. Təsadüfü deyil ki, ATMU fəaliyyətə başladığı ilk günlərdən özünün davamlı inkişaf istiqamətləri və prioritetləri müstəvisində xarici əlaqələrin genişlənməsinə, ali təhsildə beynəlmiləlliyə xüsusi önəm verir.

Artıq 6 ildən çoxdur ATMU – nun tələbə və müəllim heyəti beynəxalq mübadilə proqramla­rında aktiv iştirak edirlər. Avropa Birliyinin Erasmus+ və Türkiyə hökuməti tərəfindən forma­laşdırılan Mövlanə mübadilə proqramlarında ATMU heyəti bu günədək uğurlu şəkildə iştira­kını təmin edir. Məhz Türkiyə hökuməti tərəfindən forma­laşdırılan Mövlanə mübadilə proqramı çərçivəsində ATMU qardaş ölkənin qabaqcıl ali təhsil müəssisələri olan Qazi Univer­siteti (Ankara), Akdeniz Univer­siteti (Antalya), Ege Universiteti (Izmir), Sakarya Universiteti (Sakarya), Kastamonu Universite­ti (Kastamonu), İstanbul Univer­siteti və Ankara Universiteti kimi önəmli ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqavilələri imza­lanmış və bunun nəticəsində son 4 ildə 25 nəfərdən çox ATMU tələbəsi beynəlxalq təhsil proq­ramının imkanlarından yararlana bilmişdir.

Proqram çərçivəsində tərəfdaş universitetlərin profes­sor – müəllim heyəti ATMU – da müxtəlif vaxtlarda fərqli ixtisas­lar üzrə tədris aparmışlar. Eyni təhsil imkanlarından istifadə ATMU – nun müəllim heyəti üçün də əlçatan olmuşdur. Bununla yanaşı ATMU Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlərlə qarşılıqlı əlaqələr quraraq öz tədris planını daha da inkişaf etdirə bilmək imkanı qazanmışdır. Adıkeçən beynəlxalq proqram çərçivəsində ATMU tələbələri İspaniya Krallığının Valladolid və Jirona universitetlərində, Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində, Rumıniya Respublikasının İoan Cusa Ale­xander Universitetində, Bolqarıs­tan Respublikasının D.A.Tsenov adına İqtisadiyyat Akademiyasın­da, Türkiyə Respublikasının Orta Doğu Texniki və Eskişəhir Anado­lu universitetlərində müxtəlif ixtisaslar üzrə mübadilə tələbəsi kimi iştirakçı olmuşlar.

Tələbə mübadiləsi ilə yanaşı olaraq müəllim mübadiləsi im­kanlarından istifadə beynəlxalq proqram çərçivəsində univer­sitetin qarşısına qoyduğu əsas istiqamətlərdən biri olmuşdur. Son illər ərzində xeyli sayda müəllim mübadiləsi ATMU və proqram daxilində əməkdaşlıq edən tərəfdaş universitetlər arasında həyata keçirilmişdir. Ümumilikdə son 4 il ərzində 20 – dən çox ATMU tələbəsi Erasmus+ proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil almış, 10 nəfərdən çox müəllim bu proqram vasitəsi ilə tərəfdaş universitetlərdə tədris aparmışdır.

2021 –ci ilin ilk beynəlxalq əməkdaşlıq layihəsi isə məhz hər iki beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyə Respublika­sının önəmli universitetlərindən olan Eskişehir Osmanqazi Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsidir. Hər iki tərəfdaş universitet arasında imzalanan müqaviləyə əsasən turizm və biznes idarəçiliyi ixtisaslarında təhsil alan tələbələr beynəlxalq mübadilə proqramları çərçivəsində təhsil alacaq, eləcə də hər iki universitetin müəllim və professor heyəti müəllim mübadiləsi imkanlarından yararlana biləcəkdir. Beynəlxalq mübadilə proqramlarında birgə iştirak ilə yanaşı olaraq ATMU və Eskişehir Osmanqazi univer­sitetleri arasında ikili diplom layihəsinin də gerçəkləşdirilməsi haqqında birgə razılıq əldə edil­mişdir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

31 Yanvar 2021 00:03 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə