Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxana Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa başlayıb

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, AMEA Prezidenti Katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov və mərkəzin direktor müavini Aleksandr Kalamin ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı bu çərçivədə Mərkəzi Elmi Kitabxana ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələlərinə dair a fikir mübadiləsi aparılıb.
İrek Zinnurov Rusiyanın tarixini əks etdirən dəyərli nəşri – “Россия Державная” adlı kitabı MEK-ə hədiyyə edib.  Qarabağın tarixindən bəhs edən “Qarabağ - əsrlərin salnaməsi” və Çingiz Qacarın Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhəri barədə “Köhnə Şuşa” adlı dəyərli kitablar qonaqlara təqdim edilib.
Sonra qonaqlar kitabxananın müxtəlif şöbələri, fondları və güşələri ilə tanış olublar. Professor Məmməd Əliyev 44 günlük Vətən müharibəsi zamanı əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunmasında göstərdikləri şücaətlərə görə ölkəmizin igid oğullarının adlarını əbədiləşdirmək üçün MEK tərəfindən yaradılacaq “Qarabağ qəhrəmanları fondu” haqqında rusiyalı qonaqlara məlumat verib. 
İrek Zinnurov MEK-in xatirə kitabında öz ürək sözlərini bölüşərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirib.

"Xalq qəzeti"

29 Yanvar 2021 11:55 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə