Ən son xəbərlər
28 yanvar 2021-ci il tarixində, saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluqdan "Xalq qəzeti"nə verilən məlumata görə, Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Köhnə versiyamızdan xəbərləri izlə