Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda daha bir yolda svetofor quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb. 

Bu barədə APA-ya Bakı Nəqliyyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir nəticəsində növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib. 
Ətrafda 2 tam orta məktəbin, 1 uşaq bağçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib. 

28 Yanvar 2021 15:37 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə