Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz” “Facebook” üzərindən növbəti canlı yayım keçirəcək

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin birliyin "Facebook" sosial şəbəkəsi üzərindən növbəti canlı yayımı keçiriləcək.

Birlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, “Azəriqaz”ın əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır. Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır. Abonentlərin rahatlığı üçün bir sıra təşəbbüslər göstərilir.

Baş direktorun “Azəriqaz” İstehsalat Birliyinin "Facebook" sosial şəbəkəsi üzərindən növbəti canlı yayımı yanvarın 29-da saat 14:00-da planlaşdırılır. Bu görüşlərin hər həftənin cümə günü təşkili nəzərdə tutulur.

28 Yanvar 2021 14:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə