Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni layihə: "Sarı gəlin"

Dünyanı silkələyən pandemiya dövrü hər kəs üçün çətin olsa da, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi tarixi qələbəmizdən ilhamlanaraq yeni-yeni layihələrə imza atıb.

Teatrın yaradıcı heyəti bu dəfə dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında, milli dəyərləri özündə əks etdirən balet kompozisiyanı geniş tamaşaçı kütləsinə onlayn olaraq təqdim edib.

Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

28 Yanvar 2021 14:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə