Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədən gələn psixoterapevtlər psixoloji reabilitasiyalara başlayıblar - FOTO

Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

"Xalq qəzeti" nazirliyin saytına istinadən xəbər verir ki, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

28 Yanvar 2021 13:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə