Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyi: Vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi aprelin 1-dək fəaliyyətini dayandırır.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Vətəndaşlara rəsmi məlumatları nazirliyin rəsmi saytından, həmçinin sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

28 Yanvar 2021 12:45 -

Köhnə versiyamızdan xəbərləri izlə