Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib

Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyevanın təşəbbüsü ilə "Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, soydaşımız bu fəaliyyəti həm də “Qorqud” Vikipediya Metodik Mərkəzinin könüllüsü olaraq yerinə yetirir. O, artıq bir müddətdir ki, “Vikipediya”nın polyak dili bölməsi üçün məqalələr yazır və redaktələr edir, ölkəmizlə bağlı boşluqların aradan qaldırılmasına çalışır. Azərbaycan ordusunun general-mayoru Hikmət Həsənov, Xankəndi talanları, Tovuz döyüşləri, Gəncənin bombalanması haqqında məqalələr polyak oxucuların nəzərinə çatdırılıb.

Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin sözlərinə görə, soydaşlarımız Polşa-Azərbaycan Vikipediya Klubunun yaradılmasını planlaşdırırlar. Əsas məqsəd "Vikipediya"nın polyak dili bölməsində Azərbaycanla bağlı düzgün məlumatları əks etdirən məqalələrin yerləşdirilməsini təmin etməkdir. Klub üzvlərinə Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.

28 Yanvar 2021 12:29 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə