Ən son xəbərlər
Mədəniyyət Nazirliyinin “Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində növbəti təqdimatı “Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsinə həsr edilib.
Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə tikilib.
Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.
Köhnə versiyamızdan xəbərləri izlə