Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün U-21 millimizin rəqibləri bilinəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamızın (U-21) Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bilinəcək.

"Xalq qəzeti" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlayacaq və onlayn formatda olacaq.

Millimiz gücünə görə beşinci səbətdə yer alıb.

1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya;

2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan;

3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə;

4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya;

5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya;

6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino.

Qeyd edək ki, Avropa çempionatı 2023-cü ildə Rumıniya və Gürcüstanda keçiriləcək. Seçmə mərhələnin oyunlarına martda start veriləcək və tsikl 2022-ci ilin iyununda başa çatacaq.

 

28 Yanvar 2021 09:39 - İDMAN
İDMAN
23 Fevral 2021 | 06:38
Messi yeni rekorda imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə