Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fənərbaxça klubu ingiltərəli futbolçunu transfer edib

Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçunun transferini açıqlayıb.

"Xalq qəzeti" xəbər verir ki, Brayt-Osayi Samuel İstanbul təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

İngiltərəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdlilər”lə 4,5 illik müqaviləyə qol çəkib. “Fənər” Nigeriya əsilli 23 yaşlı oyunçunu “Kuinz Park Reyncers”dən alıb.

Qeyd edək ki, “Fənərbaxça” qış transfer dönəmində Məsut Özil və Attila Şalayı da heyətinə qatıb.

28 Yanvar 2021 09:05 - İDMAN
İDMAN
23 Fevral 2021 | 06:38
Messi yeni rekorda imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə