Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Entoni Blinken ABŞ dövlət katibi təyin edilib

“The Washington Post” nəşri yazıb ki, ABŞ Senatı Entoni Blinkenin namizədliyini ölkənin dövlət katibi vəzifəsinə təsdiq edilib. Mənbə qeyd edir ki, Blinkenin namizədliyinin lehinə 78, əleyhinə 22 senator səs verib.

Bildirilir ki, o, siyasətdə öz karyerasına ABŞ Pre­zidenti Bill Klintonun spiç­rayteri (çıxışların mətnini hazırlayan şəxs) kimi başlayıb, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin demokratlar fraksiyası aparatına rəhbərlik edib, 2013–2015-ci illərdə Prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşa­virinin müavini olub.

Qeyd edilir ki, E.Blinken dövlət departamentinin rəhbəri vəzifəsinə aparıcı namizədlərdən biri hesab edilirdi və Prezident Obama administrasiyasında milli təhlükəsizlik üzrə müşavi­rin müavini kimi işlədikdən sonra dövlət katibinin müavini vəzifəsinədək yüksəlib: 2015–2017-ci illərdə bu vəzifəni icra edib.

O, çoxtərəfli əməkdaşlığın tərəfdarıdır və ABŞ-ın müttəfiqlərlə münasibətlərini möhkəmlətmək məqsədilə beynəlxalq danışıqlar ma­sasına qayıtmaq niyyətində olan Baydeni dəstəkləyir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

28 Yanvar 2021 01:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə