Ən son xəbərlər
“Gartner” analitik şirkətinin ekspertləri koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə qlobal informasiya texnologiyaları (İT) bazarındakı azalmadan sonra cari ildə bu sahədə yenidən artım gözləyirlər.
Analitiklər qeyd edirlər ki, koronavirusun yayılması informasiya texnologiyaları üçün xərclərin artmasında katalizator rolunu oynayacaq, çünki pandemiya səbəbindən insanlar evdən işləməyə və oxumağa məcbur olublar ki, bu da müvafiq alətlərə, həmçinin “bulud” xidmətlərinə tələbatı artırıb. Bu barədə “dailycomm.ru” saytı məlumat yayıb.
Mütəxəssislərin proqnozuna əsasən, 2021-ci ilin nəticəsinə görə, qlobal miqyasda İT xərcləri əvvəlki illə müqayisədə 6,2 faiz artaraq 3,92 trilyon dollara yaxınlaşacaq. 2022-ci ildə isə İT sahəsində 4,6 faizlik artım (4,1 trilyon dollaradək) gözlənilir.
Qeyd olunur ki, pandemiya nəticəsində ən çox zərər dəymiş qurğuların satış həcmi 8 faiz artaraq 705,4 milyard dollar təşkil edəcək. 2021-ci ildə korporativ proqram təminatının satış həcmi 8,8 faizlik artım nümayiş etdirəcək.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə