Ən son xəbərlər
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini elektron qaydada təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün iddiaçı qismində xüsusi lisenziya almış, analoji işlərdə böyük təcrübəsi olan, dövlət orqanları tərəfindən məhkəməyə cəlb edilməyən, hazırki fəaliyyət dövründə dövriyyəsi mövcud olan və ötən ilin mənfəət bəyannaməsi əldə etmiş müəssisələr tenderdə iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı 500 (beş yüz) manatdır.
Telefon- 012- 538- 51- 21.
Əlaqələndirici şəxs- İlhamə Aslanova.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bakı Dövlət Universiteti PHŞ
Ünvan- Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.
H/h- AZ32AIIB33070019443307872103
VÖEN- 1300489621
“Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialı
Kod- 200037
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
SWİFT: BİK AIIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq olunmuş surəti), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 fevral 2021-ci il saat 11.00-a, iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə 24 fevral 2021-ci il saat 11.00-a qədər elektron qaydada təqdim etməlidirlər. Tender təklifi zərfləri 25 fevral 2021-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə