Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin güllələdiyi büstlərin Şuşaya qaytarılması tarixi hadisədir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə görkəmli sənət xadimləri – şair Xurşid banu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli və müğənni Bülbülün büstlərinin Şuşaya qayta­rılması və şəhərin ölkənin mədəniyyət paytaxtı elan edilməsi əlamətdar tarixi hadisədir.

Büstlərin müəllifləri Xalq rəssamları Xanlar Əhmədov, Namiq Dadaşov və Əməkdar incəsənət xadimi Həyat Ab­dullayevadır.

Namiq Dadaşov bildirib ki, 70-ci illərin sonu – 80-ci illərin əvvəllərində Üzeyir bəyin və Bülbülün gipsdən hazırlanmış büstləri Şuşadakı Mədəniyyət evinin qarşısında qoyulmuşdu. Lakin tuncdan tökməli olduqlarına görə onları dəyişdirməyə qərar verildi: "Xanlar Əhmədovla birlikdə onları yenidən hazırladıq. Bu, 1984-ci ildə olub. Bundan əvvəl, 1982-ci ildə Vaqif Poeziya günləri çərçivəsində ulu öndər Heydər Əliyevin iştirakı ilə, sonuncu Qarabağ xanı Meh­diqulu xanın qızı Xurşid banu Natəvanın büstünün təntənəli açılışı olmuşdu. Büstün müəllifi qadın heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Abdullayeva idi".

N.Dadaşov qeyd edib ki, bütün ölkənin erməni təcavüzü üzərində bö­yük qələbəni qeyd etdiyi bu günlərdə mən yalnız müəllif kimi deyil, həm də bir vətəndaş olaraq həmin büstlərin tarixi yerlərinə qay­tarıldığına görə sevinirəm.

Bakının mərkəzində qoyulacaq Hacı Zeynalab­din Tağıyevin abidəsinin müəllifi olan Xalq rəssamı Xanlar Əhmədov: "Erməni təcavüzkarları tərəfindən güllələnmiş və 28 il Azərbaycan Milli İncəsənət Muzeyinin bağçasında saxlanılmış büstlərin Şu­şaya qaytarılması sevin­dirici bir hadisədir. Erməni təcavüzkarları şəhərin işğalından sonra onları əridib qiymətli metal kimi satmaq istəsələr də, həmin illərdə ulu öndər Heydər Əliyev sayəsində xilas edilərək Bakıya gətirilmişdi".

Bu günlərdə dövlət baş­çımızın göstərişi ilə həmin büstlər öz məkanına qaytarıl­mışdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

28 Yanvar 2021 00:00 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə