Ən son xəbərlər
Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdamda daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı monitorinqlər davam edir.
Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı monitorinqlərin aparılmasında əsas çətinlik ərazilərin minalardan təmizlənməməsidir: “Bu, təhlükəsizlik baxımından monitorinqin sürətlə aparılmasına imkan vermir. Ümid edirəm ki, qısa müddətdə bu işlər tamamlanarsa, abidələrin də monitorinqi yekunlaşacaq”.
F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Şuşada təxminən 210 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb. Onların 180-ə yaxını memarlıq, bir qismi arxeoloji abidədir. Lakin dövlət qeydiyyatına alınmayan 850-ə yaxın tarixi-memarlıq abidəsi var: “Şuşanın qismən salamat qalan 17 məhəlləsi var. Orada 18-19-cu əsrə aid olan yaşayış evlərinin hamısı tarixi baxımından əhəmiyyətlidir və mədəni abidə sayılır. Şuşa 1977-ci ildən qoruq şəhər elan olunub. Bu şəhərdəki bütün abidələr qeydiyyata alınmalıdır”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə