Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək texnologiyalar hər bir dövlət üçün həlledici sahədir

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən islahatlar uğurla davam etməkdədir. Keçən ilin sentyabrında başlamış Vətən müharibəsində Ermənistan üzərində şanlı qələbə qazanıldıqdan sonra dövlət başçısının islahatyönümlü addımları yenidən start götürüb. Kadr islahatları da bütün ölkə boyu həyata keçirilməkdə olan yeniləşmənin mü­hüm tərkib hissəsidir.

Bu günlərdə Prezident İlham Əliyev yeni kadr islahatı haqqın­da qərar verib. Dövlət başçısı­nın fərmanı ilə Rəşad Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunub. Yeni nazir Prezident tərəfindən videoformatda qəbul edilib. Görüş zamanı nazirin nəzərinə çatdırıl­dı ki, rəhbərliyə başladığı sahə həmişə dövlətin diqqəti və qay­ğısı ilə əhatə olunub. Bu diqqət hazırda da davam edir. Məhz bunun sayəsində son illərdə istər nəqliyyat, istər rabitə, istərsə də yüksək texnologiyalar sahəsində nəzərəçarpan inkişafa nail olunub.

Azərbaycan lideri bildirdi ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yeri tuturuq. Təbii ki, bunlar böyük səylər, düşünülmüş siyasət, nəqliyyat infrastrukturu­na qoyulan vəsait hesabına əldə olunub. Son 17 il ərzində magistral, şəhərlərarası və kənd yolları da daxil olmaqla 17 min kilometrdən çox avtomobil yolu istifadəyə veri­lib. Proses bu gün də davam etdi­rilir. Bu il azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılma­sına start verilib. Artıq Füzulidən Şuşa şəhərinə yeni yol çəkilir.

Azərbaycanın təşəbbüsü ilə inşa olunmuş Bakı–Tbilisi–Qars dəmir yolu bölgəmizdə və bütövlükdə, Avrasiyada yeni nəqliyyat xəritəsini yaradıb. Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşı­nan yüklərin həcmi, təxminən, 20 faiz artıb. Prezident bununla bağlı dedi: “Bizim dəmir yolu infrastruk­turumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur”.

Son illərdə Xəzər Gəmiçiliyi müasirləşdirilib. Bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il do­nanmaya yeni gəmilər təqdim edi­lir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşı­maların təşkili üçün əvəzolunmaz rol oynayır. Bakı gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal olunur.

Hava nəqliyyatına gəldikdə, təyyarə parkımız ən müasir park­lardan biridir. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzludur və dünyada belə hava limanlarının sayı 10-a yaxın, MDB-də isə birinci yerdədir. Son illərdə ölkədə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir. Bu yaxınlarda Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib. Azad edilmiş torpaqlarda – ya Laçın, ya da Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək.

Texnoloji inkişaf haqqında da­nışan dövlət başçısı, ilk növbədə, peykləri qeyd etdi: “Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır... Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onla­rın təxribatlarının qarşısını almaq, əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apar­dığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi”.

Prezident yeni texnologiyaların Azərbaycanda tətbiqini prioritet vəzifələrdən biri kimi qarşıya qoy­du. Bildirdi ki, dünyadakı ən mü­asir texnologiyalar Azərbaycanda tətbiq edilməlidir: “Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Biz elə bir şərait yaratmalıyıq ki, iste­dadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, ölkə iqtisa­diyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”.

Ümid edirik ki, yeni nazir Rəşad Nəbiyev Prezidentin qar­şıya qoyduğu bu və digər mühüm vəzifələrin öhdəsindən layiqincə gələcək və ölkəmiz həm nəqliyyat, həm rabitə, həm də yüksək texno­logiyalar sahəsində daha böyük nailiyyətlər qazanacaq.

Qasım MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru

27 Yanvar 2021 22:31 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə