Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısının parlaq, dərin məzmunlu çıxışında səslənən olduqca dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissilə qarşılanıb. Tədbirdə qeyd olunan bəzi mühüm məqamlar barədə mən də öz rəyimi bildirmək istəyirəm.

Əvvəlcə onu qeyd etmək lazım­dır ki, son illər həqiqətən ölkəmizdə sözügedən nazirliyin kurasiyasında olan sahələr uğurla inkişaf edib. Bu sahələrdə görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən birinə çevrilib. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə danışarkən demişdir: “Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasın­da qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik”.

Yol mədəniyyət, inkişaf deməkdir. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti nəticəsində Azərbaycanda son illər bir-birindən gözəl, rahat yollar çəkilib. Ölkəmizdə son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib. Bundan başqa, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradıl­masına bu il start verilmişdir. Mən televiziyalardan tez-tez Füzulidən Şuşa şəhərinə yeni yolun tikintisi barədə reportajları diqqətlə izləyirəm və hər dəfə ürəyim dağa dönür.

Azərbaycanda dəmiryol tikinti­si sahəsində də işlər ürəkaçandır. Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın təşəbbüsü ilə inşa edilib. Bu layihə bölgəmizdə və bütövlükdə, Avrasiyada yeni nəqliyyat xəritəsi yaradıb. Azərbaycan faktiki olaraq regionun nəqliyyat mərkəzinə çevrilib. Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı əldə olunan məlum razılaş­manın xüsusilə böyük əhəmiyyəti var.

Azərbaycan Prezidenti çıxışında ölkəmizdə müasir texnologiyaların tətbiqi ilə layihələrə gənclərin geniş miqyasda cəlb edilməsinin vacibliyi məsələsinə də toxunub. Dövlətimizin başçısı bu barədə demişdir: “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisa­diyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir”.

Azərbaycan xalqı Vətən müharibəsində möhtəşəm qələbə qa­zanmışdır. Bu parlaq zəfər ölkəmizin hərtərəfli inkişafı üçün böyük üfüqlər açmışdır. Bir sözlə, müstəqil Azərbaycanı böyük uğurlar gözləyir.

İlham MAZANLI,
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru

27 Yanvar 2021 22:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 Fevral 2021 | 11:59
Azərbaycan nefti bahalaşıb
27 Fevral 2021 | 10:49
Azərbaycan nefti ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə