Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş ərazilərin xəritələri qısa zamanda hazırlanmalıdır

Şanlı qələbə xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində əsas vəzifəni şərəflə yerinə yetirdi: 44 gün ərzində tarixi qələbə qa­zanaraq torpaqlarını azad etdi. İndi Prezidentin tapşırığına uy­ğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin bərpasının vahid konsepsiya əsasında həyata keçirilməsi, dövlət başçısı tərəfindən verilən tap­şırıqların icrası və qarşıda duran vəzifələrin yerinə yetirilməsi bu günümüzün ümdə məsələlərindəndir.

Erməni işğalından azad edilmiş ərazilərin görüntüləri də göstərir ki, tarixi-mədəni abidələr, məsçidlər, yaşayış evləri və infrastruktur tamamilə dağıdılmışdır. Eyni zamanda, erməni barbarları bu ərazilərin təbii ehtiyatlarını da talan etmiş, meşələri qırmış, otlaq­ları yararsız vəziyyətə salmış, geniş sahələrdə hərbi istehkamlar quraraq, torpağa on minlərlə mina basdırmış və bölgəni bütövlüklə yaşayış üçün təhlükəli zonaya çevirmişdir.

Bu barədə müxbirimizə məlumat verən Bakı Dövlət Universitetinin kafed­ra müdiri, professor Çingiz İsmayılov bildirmişdir ki, həmin ərazilərdə bərpa işlərinin miqyası və istiqamətini müəyən etmək və qiymətləndirmək üçün, eyni zamanda mövcud vəziyyəti əyani faktlar kimi əbədiləşdirmək üçün işğaldan sonrakı vəziyyəti əks etdirən tematik xəritələrin hazırlanması vacib əhəmiyyət kəsb edir. Hər bir inzibati rayon üzrə, torpaq, su, hidroenerji, mineral-xammal, meşə və təbii ehtiyatların coğrafiyasını əks etdirən xəritələrin tərtibinə ehtiyac vardır. Bununla yanaşı, nəqliyyat infrastrukturu, dağı­dılmış yaşayış məntəqələri və ekoloji vəziyyət yeni xəritələrdə öz əksini tapmalıdır.

İndiki şəraitdə belə xəritələrin hazırlanmasının əhəmiyyəti, ilk öncə, aparılacaq bərpa işlərinin miqyasını və müddətini, sərf olunacaq maliyyə yatırımlarının həcminin və inzibati rayon daxilində ərazilərin müəyyən edilməsində vacib məlumat mənbəyi kimi istifdə edilə bilər. Diğər tərəfdən, nəzərdən qaçırmaq lazım deyil ki, torpaqlarımızın azad olunması əhalidə vətənpərvərlik hisslərini daha da gücləndirmış və ölkəmizin bu bölgəsi haqqında daha çox və ətraflı məlumatların əldə edilməsi arzusunu artırmışdır. İnamla deyə bilərəm ki, indi hər bir azərbaycanlı Qarabağı görmək, işğaldan azad edilmiş tarixi məkanlara səfər etmək arzusundadır.

Professor sonda qeyd etmişdir ki, işğaldan azad olunmuş ərazilərin bərpasına dair hazırlanan konsepsiyda bölgənin sosial-iqtisadi inkişaf istiqamətləri müəyyən edilir. Artıq bir neçə ildən sonra bu ərazilərdə iqtisadi mənzərə köklü olaraq dəyişəçəkdir. Bu dəyişikliklər əsasında artıq yeni xəritələr tərtib olunacaq. İndi hazırlanan xəritələrin inşaat işləri aparıldıqdan, yeni təsərrüfat və infrastruktur obyektləri, yeni yaşayış məntəqələri salındıqdan sonrakı dövrdə tərtib edilən xəritələrlə müqayisəsi görülən işlərinin miqyası və coğrafiyası haqqında da əsaslı biliklərin əldə edilməsinə kömək edəcəkdir.

“Xalq qəzeti”

27 Yanvar 2021 22:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə