Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Britaniya elektroenergetika sahəsində bərpa-yenidənqurma işlərində maraqlıdır

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpı qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, energeti­ka sahəsində mövcud əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması istiqamətində müzakirələr aparılıb.

Energetika Nazirliyindən verilən məlumatda bildirilir ki, nazir Pərviz Şahbazov Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən, enerji sektorunda uğurla inkişaf etdiyini vurğulayaraq, BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, bərpa olunan enerjidən istifadənin inkişafı da daxil olmaqla energetika sektoru­nun qarşısında duran çağırışlara uyğun birgə səyləri yüksək qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə üzrə mövcud olan yüksək potensial haqqında məlumat verib.

Səfir işğaldan azad olunmuş ərazilərdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində, həmçinin ümumilikdə Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafında Britaniya şirkətlərinin iştirakda maraqlı olduğunu bildi­rib.

Görüşdə, həmçinin Azərbaycan Respub­likası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının protokolunun icrasının gedişi, növbəti iclasın keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

“Xalq qəzeti”

27 Yanvar 2021 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə