Ən son xəbərlər
Goranboy rayonunun Yenikənd kəndi ərazisində silah-sursatın baş verməsi barədə Xocalı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, dərhal rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan “Muxa” markalı RPQ-18 qumbaraatan, 60 millimetrlik minaatan mərmisi, iki ədəd alıştırıcısı üzərində olan, bir ədəd alıştırıcısız “F-1”, bir ədəd “PRO”, bir ədəd “RPN” əl qumbaraları, ümumilikdə 1632 ədəd müxtəlif kalibrli patron, 4 ədəd müxtəlif silaha məxsus avtomat darağı və sandıqlar aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Köhnə versiyamızdan xəbərləri izlə