Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: “Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”

“Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”.

"Xalq qəzeti" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, artıq Azərbaycan-Türkiyə ortaq media platformasını ortaya qoymağa nail olunub: “Həm Azərbaycan, həm Türkiyəyə qarşı qarayxma kampaniyaları çox gücıüdür. Buna qarşı səyləimizi birləşdirməyi vacib hesab edirik. Diaspor təşkilatlarımızın da səylərinin birləşdirilməsinə ehtiyac var. Azərbaycan-Türkiyə elm adamları, iş adamlarının da əlaqələrini inkişaf etdirməliyik”.

 

27 Yanvar 2021 15:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə