Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizi də tanıyın” layihəsinə start verildi

     Heydər Əliyev Sarayı Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim etdilər.

     İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun bu layihəni həyata keçirməsində əsas məqsədi, gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərimizin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim etməkdir. 

    Layihədə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri iştirak ediblər. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə respublika regional musiqi məktəblərinin sagirdlərinində cəlb olunması nəzərdə tutulur. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunacaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

27 Yanvar 2021 15:57 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə