Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib - FOTOLAR

Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman görkəmli şairə Xurşudbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

 Mədəniyyət Nazirliyindən  "Xalq qəzeti"nə verilən məlumata görə, dünya şöhrətli fotoqraf özünün “İnstagram” səhifəsindəki paylaşımında qeyd edib ki, Azərbaycan şairəsi Xurşudbanu Natəvan 1832-ci ildə Şuşa şəhərində anadan olub. R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, Natəvan Qarabağın sonuncu xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən Şuşa şəhərinə su təminatını həyata keçirən və o dövr üçün mühəndislik incisi hesab olunan boru xəttinin çəkilməsinə sərf edib. 1897-ci ildə vəfat edən şairə Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.

Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə, erməni hərbi birləşmələrinin Ağdama hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edir. Ağdamın erməni işğalından azad edilməsindən sonra bu yerləri ziyarət edən Reza Deqati paylaşımında yazır: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını gördüm. Onun sümükləri də qəbrindən çıxarılıb aparılmışdı”.

Məqbərəyə qarşı həyata keçirilən vandalizmi diqqətə çatdıran fotoqraf qarşılaşdığı mənzərədən dərin sarsıntı keçirdiyini qeyd edib.

27 Yanvar 2021 14:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə