Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nərimanov rayonunda polietilen istehsalı müəssisəsində yanğın baş verib

Paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 100 kvadratmetr olan polietilen istehsalı sexində karton tullantıları yanıb. Yüksək temperaturdan obyektin lambirindən ibarət tavanı əriyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, yanğın zamanı bir nəfər xəsarət alıb. Müəssisədəki dəzgahlar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 Yanvar 2021 11:49 -

Köhnə versiyamızdan xəbərləri izlə