Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüzeppe Konte istefa verib

“Euronews” agentliyinin yaydığı məlumata görə, İtaliyanın Baş naziri Cüzeppe Konte istefa verəcəyini elan edib. Mənbənin məlumatına görə, İtaliya Nazirlər Kabinetinin iclasını keçirən Cüzeppe Konte nazirləri özünün istefa planları barədə məlumatlandırıb. İclasdan sonra Prezident Sercio Mattarellanın qəbuluna yollanan C.Konte onunla görüşdə hazırki hökumətin buraxılmasından sonra daha geniş bazanı təmsil edən yeni hökumətin formalaşdırılması üçün mandat alacağına ümid edir.

“Beş ulduz hərəkatı”, Sosial-Demokratlar (“Partido Democratico/PD“) və solçuların “Liberi e Uguali” partiyaları C.Kontenin rəhbərliyi altında üçüncü hökumət qurmağa hazır olduqlarını elan ediblər. Mətbuatda da bir neçə gündən bəri 2018-ci ildən Baş nazir vəzifəsini tutan C. Kontenin istefa verərək, yeni mandat almaq niyyəti barədə xəbərlər dolaş­maqdadır.

Qeyd edək ki, C.Kontenin 2019-cu ilin sentyabrından rəhbərlik etdiyi koalisiyalı hökumət yanvarın 13-də “Viva İtalia” Partiyasının koalisiyanı tərk etməsindən sonra çətin vəziyyətə düşmüş və parlamentdə mütləq səs çoxluğunu itirmişdi. Parlamentdəki etimad votumları C.Kontenin xeyrinə başa çatsa da, o, hökuməti yenidən formalaşdırmaqla öz siyasi kursunu davam etdirməyi planlaşdırır.

C. Konte üçüncü dəfə koalisiyalı hökumət qurmağa nail ola bilməsə, o zaman daha məhdud proqramlı vahid hökumətin yaradılması planı gündəmə gələ bilər. Belə ola­cağı təqdirdə, hökumətə Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi başçılıq edə bilər.

Aldığımız son məlumata görə, C.Konte istefasını gerçəkləşdirib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

27 Yanvar 2021 03:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır
28 Fevral 2021 | 01:08
210 milyon avro uduş
28 Fevral 2021 | 01:02
BMT rəsmisinin açıqlaması
28 Fevral 2021 | 01:01
Orduya yeni raketlər verilir

Köhnə versiyamızdan xəbərləri izlə