Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,95 faiz artaraq bir bareli 56,18 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlan­dırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,14 faiz artaraq bir bareli 52,72, Azərbaycanın “AzeriLight” markalı nef­tinin qiyməti 0,12 faiz artaraq bir bareli 56,6 dollar olub.

Ekspertlər bildirmişdilər ki, 2021-ci ildə dünya bazarında “qara qızıl”ın bir barelinin qiyməti 40 dollar olacaq. Lakin il başlanandan dünya bazarında “qara qızıl”ın bir barelinin qiyməti 55-57 dollar arasında dəyişir. Bundan əlavə, OPEC+ dövlətləri hasilatın azaldılması barədə razılığa əməl edirlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

27 Yanvar 2021 02:50 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 Fevral 2021 | 11:59
Azərbaycan nefti bahalaşıb
27 Fevral 2021 | 10:49
Azərbaycan nefti ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə