Ən son xəbərlər
Səudiyyə Ərəbistanı Özbəkistan iqtisadiyyatına 2,5 milyard dollar investisiya yatırır. Bildirilir ki, həmin vəsaitin 1,2 milyard dolları Sırdərya vilayətində gücü 1500 meqavat olan istilik elektrik stansiyasının tikintisinə sərf ediləcək. İnvestisiyanın 1,3 miyard dolları isə ölkənin Nəvai və Buxara vilayətlərində ümumi gücü 1000 meqavat olan külək stansiyalarının tikintisinə yatırılacaq. Qeyd edək ki, İES-in və külək elektrik stansiyasının inşasını Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti həyata keçirəcək.
Xəbəri “Fergana.news” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə