Ən son xəbərlər
Çin xarici sərmayələrin cəlbinə görə ABŞ-ı qabaqlayıb. Bu barədə məlumat BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında açıqlanıb. Bildirilir ki, ötən il Çin iqtisadiyyatına qoyulan birbaşa xarici sərmayənin həcmi 4 faiz artaraq, 163 milyard dollara çatıb. ABŞ iqtisadiyyatına qoyulan investisiyalar isə 49 faiz azalaraq, 134 milyard dollar olub.
Xəbəri “Wol Strit Jurnal” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə