Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2021-ci il üçün təsərrüfat mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. İştirak haqqı 250 manatdır.

B1. Benefisiar (alan) bank

Adı- Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005

VÖEN- 1401555071

M/h-AZ41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı-DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h - AZ44C­TRE00000000000002458570

VÖEN- 1500426471

D3. Büdcə təsnifatının kodu- 142330

D4. Büdcə səviyyəsinin kodu- 7

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli) portal vasitəsi ilə təqdim olunur;

- tender təklifi (tender proseduru keçi­rildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olma­lıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqın­da rəsmi məlumat (təsərrüfat mallarının satın alınmasında təcrübəsi, ixtisaslı kadr və texniki imkanları (işçi qüvvəsinin olma­sı) barədə məlumatlar sənəddə öz əksini tapmalıdır. Malgöndərənin (podratçının) uçotda olduğu vergi orqanından aldığı sənəddə göstərilən məlumatlarla eyni olmalıdır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (təşkilatın təsisçisinin və ya direktorunun şəxsiyyət vəsiqəsinin surəti);

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən (məhkumluqla bağlı arayış) alır);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınal­maları haqqında” Azərbaycan Respubli­kasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 22 fevral 2021-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 2 mart 2021-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 3 mart 2021-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

İddiaçılar təklif olunan mallardan 3 (üç) ədəd, (dəst, cüt, kq, m.) sınaq­lar, təcrübə aparmaq üçün nümunələr Daxili Qoşunların Baş İdarəsinə təqdim olunmalıdır. Təqdim olunan nümunələr şərtlər toplusunda qeyd edilən zəruri texniki və keyfiyyət xüsusiyyətlərinə uyğun hazırlanmalı, qəbul zamanı sifarişçi və malgöndərən tərəfindən möhürlənib təsdiq olunmalıdır.

Təkliflərin qiymətləndirilməsində malla­rın yerli istehsal olması nəzərə alınmaqla ən sərfəli sayılan tender təklifinə üstün­lük veriləcəkdir (əsas şərtlər toplusunda göstərilən zəruri texniki və keyfiyyət xüsusiyyətlərinə uyğun hazırlanmış).

27 Yanvar 2021 02:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Fevral 2021 | 08:59
BİLDİRİŞ
27 Fevral 2021 | 08:57
BİLDİRİŞ
27 Fevral 2021 | 08:51
BİLDİRİŞ
27 Fevral 2021 | 08:46
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə