Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il “Azercell”in LTE şəbəkəsi 85 faizdən çox genişlənib

“Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsinin genişlənməsi abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb.

Görülən işlər nəticəsində ötən il ərzində “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi 74,2 faizdən 85,1 faizə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4 faizdən 72,4 faizə qədər genişləndirilib. LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (01.01.2019-cu il tarixindən 2020-ci ilin sonunadək) əhali əhatə dairəsi 35,9 faizdən 85,1 faizə, coğrafi dairəsi 22,5 faizdən 72,4 faizədək artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdı­rılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

Görülən işlər “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2.25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69 faizi bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14 faiz, internet trafikində isə 60 faiz artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasın­da və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE tex­nologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə “Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri də təsdiqləyib. Dünya miqyaslı telekom­munikasiya şirkəti olan “Ericsson”un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğu­nu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də “Azercell”in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda “Azercell” LTE şəbəkəsinin paytaxt və regionlarda daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir.

“Xalq qəzeti”

27 Yanvar 2021 01:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə