Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-İran münasibətlərinin güclənməsi məmnunluq doğurur

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Bu görüş barədə reportajı televiziyadan böyük maraqla izlədim və tədbirdə səslənən dəyərli fikir və mülahizələrdən çox məmnun qaldım. Qeyd etmək istəyirəm ki, İranın xarici işlər na­zirinin Azərbaycana səfəri ölkələrimiz arasın­da hərtərəfli əlaqələrin güclənməsinə, bütövlükdə regionda sülhün və sabit­liyin möhkəmlənməsinə böyük töhfə verəcək. Cənab İlham Əliyev bu barədə demişdir: “Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir”.

Təqdirəlayiq haldır ki, iki ölkə arasında bir çox sahələrdə, xüsusilə enerji və nəqliyyat əlaqələrinin qu­rulması istiqamətində geniş imkanlar açılır. Xudafərin su anbarı ilə bağlı əməkdaşlıq uğurla davam etdirilir. Bun­dan başqa, bir neçə il əvvəl yüksək səviyyədə razılaşdır­dırılmış Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı layihələrin icrası üzrə də lazı­mi işlər görülür. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin yenidən qurulma­sında İran şirkətlərini görmək azrusundadır. İran həm qonşuluqda yerləşir, həm də logistika və böyük təcrübə kimi üstünlükləri var.

İranın xarici işlər nazi­ri görüşdə çıxışı zamanı Azərbaycan Prezidentini və Azərbaycan xalqını öz tarixi ərazilərini azad etməsi münasibətilə təbrik etdi və ümid etdiyini bildirdi ki, bu qələbə region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır.

Cənab Məhəmməd Cavad sonra dedi: “Biz Şimal-Cənub və Cənub- Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaq­ları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.

Bəli, yuxarıda qeyd olu­nanlar bir daha onu göstərir ki, regionda davamlı sülh və iqtisadi inkişaf yeni üfüqlər açılmışdır və hər iki tərəf bu istiqamətdə əlindən gələni etmək əzmindədir. Belə konstruktiv yanaşma İran və Azərbaycan dövlətlərinin və xalqlarının mənafelərinə tamamilə uyğundur.

Esmira RƏHİMOVA, “Ailələrə sosial dəstək” İctimai Birliyinin sədr

27 Yanvar 2021 00:53 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə