Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinə və qazilərə qayğı İsmayıllıda da diqqət mərkəzindədir

Ölkəmizin hər yerində olduğu kimi, İsmayıllıda da 44 günlük müharibədə şəhid olanların ailələri və qazilər dövlət qayğısı ilə əhatələniblər. Yanvar ayının 25-də İsmayıllıda şahidi olduğumuz bir tədbir isə tamamilə yeni məzmun daşıyırdı. Belə ki, rayon icra hakimiyyətində şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 70 illik yubileyi keçirildi.

RİH başçısı şəhid atası A.Əhmədovu yubiley münasibətilə təbrik etdi və ona can sağlığı, nəvə-nəticələrinin əhatəsində olmağı arzu­ladı. A.Əhmədova uzun illər rayon icra hakimiyyətində və dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə RIH başçısının Fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim edildi.

Əhmədovlar rayonda nümunəvi ailələrdən sayılır. 2020-ci ilin sentyabr ayında düşmən torpağımıza hücum edəndə ailənin üzvü, rayonun qabaqcıl müəllimlərindən olan Famil Əhmədzadə buna laqeyd qalmayaraq və cəbhəyə yola düşüb. Müharibədə qəhrəmanlıq göstərən F.Əhmədzadə Suqovuşan kəndi ətrafında gedən qanlı döyüşlərdə şəhid olub. Ailənin digər üzvü isə hərbiçidir, mayor rütbəsi ilə Azərbaycan Ordusunda xidmət edir.

Ağaəhməd müəllim şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq etdi. Bildirdi ki, şəhid adının uca tutul­ması onu qürurlandırır.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin bölgə müxbiri

27 Yanvar 2021 00:08 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə