Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ torpağı tezliklə gülüstana çevriləcək

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi stra­teji hədəfləri gerçəkləşdirmək üçün ötən dövr ərzində istər beynəlxalq miqyas­da, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaş­dırmağa nail oldu. Bununla da dövlətimizin başçısı xalqımızın bütün istək və arzu­larını gerçəkləşdirən, öz fəaliyyətində dövlətimizin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Cənab İlham Əliyev ötən il Azərbaycanın ərazi bütövlüyünü bərpa edən dövlət başçısı kimi adını əbədi olaraq tarixə yazdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu, cənab Prezi­dentin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Or­dusunun güc-qüdrəti və döyüş ruhunun məntiqi nəticəsi idi.

Onu da deyim ki, Azərbaycanın Vətən müharibəsində əldə ediyi möhtəşəm qələbənin əsası son 17 il ərzində qoyulub. Dövlətimizin başçısı bu dövrdə ordumuzun güclənməsini daim diqqət mərkəzində saxlayıb, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasına da hər zaman mühüm önəm verilib.

Məhz bütün bunların nəticəsidir ki, bu gün Qarabağ torpağı azad nəfəs alır, doğmalarını qarşılamağa hazırlaşır, onların burada yenə də firavanlıq içində yaşayıb-yaradacağı günü gözləyir.

Belə bir ovqat təkcə qarabağlılarda deyil, bütün xalqımızda böyük qürur hissi doğurur. Artıq Böyük Qayıdış proq­ramı hazırlanır. Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunan torpaqlarda infrastruktur sürətlə bərpa olunur. Çünki Qarabağda müasir infrastrukturun yaradılması bölgənin in­kişafının əsas strateji istiqamətlərindən biridir. Bu, olmadan yağı tapdağından xilas edilən ərazilərimizin sosial-iqtisadi inkişafını, eyni zamanda, bu yerlərə əhalinin qayıdışını təmin etmək müm­kün deyil. Məhz bu önəmi nəzərə alan cənab İlham Əliyev Füzulidə beynəlxalq aeroportun inşası kimi qarşıya mühüm vəzifə qoyub. Dövlətimizin başçısı ötən ilin yekunlarına həsr olunan müşavirədə Laçın, ya da Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanının tikiləcəyini bəyan edib. Bütün bunlar isə Qarabağ bölgəsini bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün geniş imkanlar açacaq.

Dövlət başçımızın tapşırığına əsasən, dəmir yolları ilə də bağlı hazır­lıq işləri gedir. Horadiz-Füzuli, Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur. Cənab Prezident də qeyd etdi ki, Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun çəkilməsi zəruridir. Şuşaya vətəndaşlar qayıdan­dan sonra, bu yol istismara veriləcək. Digər vacib layihələrdən biri də çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yo­ludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, iki tərəfdən – şi­maldan və cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq.

Yeri gəlmişkən, Füzuli–Şuşa yolunun inşasına başlanılması, eyni zamanda, Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürüdür. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan quldurluq hərəkətləri törədib, həmin ərazilərdə nəinki daşı daş üstə qoyub, əksinə, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba tor­paqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəlməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Xatırladım ki, Fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.

Dövlət başçımızın təşəbbüsü və rəhbərliyi ilə görülən və xalqımız tərəfindən yüksək minnətdarlıq hissi ilə qarşılanan bütün bu işlər sakinlərin işğaldan azad olunan yurd yerlərinə tezliklə qayıdacaqlarından, orada sosi­al-iqtisadi sahələrin sürətlə inkişafından xəbər verir.

Cəlil BAXŞIYEV,
YAP Lerik rayon təşkilatının sədri

26 Yanvar 2021 23:56 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə