Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-in mətbuat xidmətindən "Xalq qəzeti" bildiriblər ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə təqribən 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddətdə 340 mina və 3 partlamamış sursat aşkarlanaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195-i piyada, 145-i isə tank əleyhinə olandır.

26 Yanvar 2021 16:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə