Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

250 baş qırqovul vəhşi təbiətə buraxılıb

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi  qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə  vəhşi təbiətə buraxılıb.

 Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib. 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”.  

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

26 Yanvar 2021 16:21 - EKOLOGİYA
EKOLOGİYA
15 Fevral 2021 | 18:02
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə