Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

e-Milli Liqanın ikinci mövsümü start götürüb

AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə e-Milli Liqanın ikinci mövsümü start götürüb.

"Xalq qəzeti" AFFA-ya istinadla xəbər verir ki, e-Milli Liqanın ikinci mövsümü EML Pro liqası və EML Open turniri olmaqla, iki layihədən ibarətdir.

AFFA bayrağı altında təşkil olunacaq EML Pro liqasında futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən komandalar mübarizə aparacaqlar. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayacaqlar. On beş komandanın yarışacağı EML Pro liqasının açılış oyunu olub.

“Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open turniri müstəqil olaraq təşkil olunur. Yanvarın 27-də başlaması planlaşdırılan turnir müəyyən olunmuş texniki şərtləri qarşılayan istənilən müraciətçi üçün açıqdır. EML Open turnirində 10 Azərbaycan komandası ilə yanaşı, Yunanıstan, Bosniya və Herseqovina, İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da iştirak edəcək. Bu isə yerli e-sport oyunçularının beynəlxalq təcrübə qazanmasına və EML brendinin qlobal səviyyədə məşhurlaşmasına şərait yaradacaq.

EML qaliblərinə turnirin sponsoru “Coca-Cola” və təşkilatçılar tərəfindən hədiyyələr, kubok, eləcə də pul mükafatı təqdim ediləcək. Oyunlar layihənin sosial media hesablarında, eləcə də media tərəfdaş “CBC Sport”un efirində yayımlanacaq.

26 Yanvar 2021 12:20 - İDMAN
İDMAN
28 Fevral 2021 | 01:11
Messi rəqiblərini qabaqlayır

Köhnə versiyamızdan xəbərləri izlə