Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir peşə təhsili müəssisəsi publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 nömrəli Bakı Peşə Məktəbi və Azərbaycan Dövlət Dəmir Yolu Liseyi birləşdirilərək, onların bazasında yaradılan “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, sözügedən mərkəz təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil verəcək, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edəcək. Qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq. Həmçinin mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq, nəzərdə tutulan qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlayacaq.

Qeyd edək ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılıb. Hazırda 6 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərir.

26 Yanvar 2021 11:22 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə