Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Türk Dünyası Araşdırma   ları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.

Qeyd edək ki,  Azərbaycanın görkəmli alimləri Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Elbay Qasımzadə də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

26 Yanvar 2021 10:51 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə