Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” respublika baxış-müsabiqəsi keçirilir

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsi keçirilir. Müsabiqə martın 18-dək davam edəcək.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur. İki mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyalarında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidir.

“Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

-Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

-Rəsmlərin işlənmə texnikası sərbəstdir;

-Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.

“Rəsm” nominasiyası üzrə işlər fevralın 18-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

- Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır;

- Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

-Bir iştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər.

“Əl işləri” nominasiyası üzrə işlər də fevralın 18-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994) 55-232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qalib işlər fevralın 18-dən martın 18-dək keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq.

26 Yanvar 2021 10:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
23 Fevral 2021 | 09:00
Su çərşənbəniz mübarək

Köhnə versiyamızdan xəbərləri izlə