Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada icazəsiz aksiyalara görə 30 nəfər barəsində həbs qərarı verilib

Moskva məhkəmələri yanvarın 23-də təşkil olunmuş icazəsiz aksiyada iştirak etdiklərinə görə inzibati həbslərə dair 30 qərar və 64 nəfər barəsində cərimə qərarı çıxarıb.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

“Moskva məhkəmələri 23 yanvar tarixində paytaxtın mərkəzində keçirilən kütləvi aksiya zamanı inzibati xəta törətmiş vətəndaşlara inzibati həbslərin təyin edilməsi ilə bağlı 30 qərar və inzibati cərimələrin təyin edilməsi barədə 64 qərar çıxarıb”, - məlumatda belə deyilir.

Təyin olunan cəzalar özündə 7 gündən 15 günədək inzibati həbsləri, 10 min rubldan 250 min rubla qədər olan inzibati cərimələri əks etdirir.

26 Yanvar 2021 09:21 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Fevral 2021 | 03:23
Daxili turizmlə bağlı proqnoz
24 Fevral 2021 | 03:03
BMT-nin dəstəyi davam edəcək
23 Fevral 2021 | 06:20
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə