Ən son xəbərlər
Çinin Dalyan şəhərində qaz kəmərində partlayış olub. Partlayış nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.
“Penpey Sinven” nəşrinin məlumatına görə, partlayış səhər vaxtı şəhərin yaşayış komplekslərinin birində baş verib. Yanğın söndürülüb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
“CGTV”nin məlumatına görə, partlayışa səbəb qaz kəmərindəki sızma olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə