Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marselo Rebelo di Souza yenidən Portuqaliya Prezidenti seçilib

“Euronews” agentliyinin yaydığı məlumata görə, həftəsonu Portuqaliyada baş tutan prezident seçkilərində ölkənin fəaliyyətdə olan dövlət başçısı 72 yaşlı Marselo Rebelo di Souza qalib gəlib.

Agentlik yazır ki, 99,9 faiz bülletenlər hesablandıqdan sonra Marselo Rebelo di Souza səslərin 60,7 faizini toplayıb. Mənbənin məlumatına görə, o, 2 milyon 519 min 599 seçici səsi toplayıb.

Marselo Rebelo di Souza bütün dairələrdə qələbə qazanıb. Bu, prezident seçkiləri tarixində ilk dəfə baş verir.

Qeyd edilir ki, seçicilərin 12,93 faizinin səsini qazanmış prezidentliyə namizəd Ana Qomeş toplanmış səslərin sayına görə ikinci yerdə olub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

26 Yanvar 2021 00:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Fevral 2021 | 03:23
Daxili turizmlə bağlı proqnoz
24 Fevral 2021 | 03:03
BMT-nin dəstəyi davam edəcək
23 Fevral 2021 | 06:20
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə