Ən son xəbərlər
“İxbt.com” portalının yaydığı məlumata görə, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavod tikəcək. Bildirilir ki, şirkət zavodun inşasına 10 milyard dollardan çox vəsait xərcləyəcəyini açıqlayıb.
Mənbə yazır ki, şirkət böyük məbləğdə sərmayənin köməyi ilə daha çox ABŞ müştərisi cəlb etmək və sahə üzrə lider istehsalçıya çevrilməyi qarşıya məqsəd kimi qoyub.
Qeyd edilir ki, “Samsung Electronics” şirkəti Texas ştatının Ostin şəhərində mümkün zavodun tikintisi ilə bağlı məsələni öyrənir. Müəssisədə 3 nanometrlik normaların mənimsənilməsi planlaşdırılır.
Bildirilir ki, bu, gələcəkdə dəyişikliklərə məruz qalacaq ilkin plandır. Hazırda tikinti işlərinə bu il başlamaq, növbəti ildə əsas avadanlığı quraşdırmaq, 2023-cü ildə isə məhsul buraxılışına start vermək nəzərdə tutulur.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə