Ən son xəbərlər
“Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb. Belə ki, 34 yaşlı qapıçı buna “Şalke” ilə görüşdə (4:0) nail olub. O, çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Xatırladaq ki, Kan 1987–2008-ci illərdə “Bavariya” və “Karlsrue”də 196 görüşdə qapısını toxunulmaz saxlayıb. Noyer isə “Şalke” və “Bavariya”nın heyətində bu nəticəyə sahib olub.
Məlumatı “Futbolhd.ru” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə