Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kvant kompüteri hazırlanacaq

Fransa ən yeni kompüter sistemlərinin– kvant texnologiyası əsasında çalışan he­sablama maşınlarının hazırlanması sahəsində dünya liderləri üçlüyünə daxil olmaq niyyətindədir. Bunu Fransa Prezidenti Emmanuel Makron Paris yaxınlığında yerləşən Sakle tədqiqat mərkəzində olarkən açıqlayıb. O, qarşıdakı 5 ildə bu sahənin inkişafına 1,8 milyard avro məbləğində sərmayə yatırılacağını bəyan edib.

Qeyd edilir ki, kvant kompüterləri kvant mexanikasının effektlərindən istifadə edərək müasir kompüterlərdən tam fərqli prinsiplər üzərində işləyəcək. Onlar gücə görə potensial baxımdan mövcud kompüterləri dəfələrlə üstələyəcək.

Məlumatı “Belta” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

25 Yanvar 2021 23:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır
28 Fevral 2021 | 01:08
210 milyon avro uduş
28 Fevral 2021 | 01:02
BMT rəsmisinin açıqlaması
28 Fevral 2021 | 01:01
Orduya yeni raketlər verilir

Köhnə versiyamızdan xəbərləri izlə