Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs havalandırma, isitmə və soyutma sistemlərinin cari təmiri və xüsusi laborator qaz sisteminin quraşdırılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və havalan­dırma, isitmə və soyutma sistemlərinin cari təmiri və xüsusi laborator qaz sisteminin qu­raşdırılması işlərinin satın alınması üçün açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender işti­rakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 300 (üç yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat –“ Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN - 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN - 9900003611

H/h - AZ71AIIB38090019440419396102

M/h - AZ37NABZ01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalı­dır);

- tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son iki ildə havalandırma, isitmə, so­yutma və ya xüsusi laborator qaz sisteminin təchizatı və təmiri sahəsində uğurla yerinə yetirilmiş, yaxud davam edən müqavilələrin sayı 2 və daha çox olmalı;

- işləri yerinə yetirəcək səriştəli heyətin olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Ten­der proseduru “Dövlət satınalmaları haqqın­da” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 16 fevral 2021-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatını isə 24 fevral 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 fevral 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılı­şın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

26 Yanvar 2021 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Fevral 2021 | 08:59
BİLDİRİŞ
27 Fevral 2021 | 08:57
BİLDİRİŞ
27 Fevral 2021 | 08:51
BİLDİRİŞ
27 Fevral 2021 | 08:46
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə