Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa qalib gəlmək əzmi güclüdür

Ölkəmizin hər yerində olduğu kimi, Masallı rayo­nunda da COVID-19 pandemiyasının yayılmasına qarşı ciddi mübarizə tədbirləri müntəzəm həyata keçirilir. Məqsəd infeksiyanın tezliklə aradan qaldırılması, əhalinin bu ümumbəşəri bəladan birdəfəlik qurtarması və normal həyat axarının tam bərpa olunmasıdır.

Ümumilikdə, rayon üzrə 13995 nəfərdən koronavirusla bağlı yaxma götürülüb. Bu günlərdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən növbəti dəfə rayon icra hakimiyyəti, rayon mərkəzi xəstəxanası, mərkəzi poçt binaları, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, kiçik ticarət obyektləri və fərdi yaşayış evləri dezinfeksiya olunub. Hazırda dezinfeksiya işləri davam etdirilir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən, Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup yaradılmışdı. RİH, polis şöbəsi, YAP rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin gənc könüllülərinin birləşdiyi bu qruplar vaxtaşırı reydlər keçirib, geniş təbliğat işləri aparıblar. Ra­yonun 2 qəsəbə və 100 kəndində isə 368 nəfərdən ibarət 92 mo­bil qrup fəaliyyət göstərib. Təkcə bir gündə mobil qrup tərəfindən 4299 nəfərlə maarifləndirici söhbətlər edilib. Rayon mərkəzində 8 nəfərin, kənd ərazilərində 250 nəfərin maskasız olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlər görülüb.

Bundan başqa, rayon ərazisində onlayn fəaliyyət göstərən icti­mai iaşə obyektlərində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdirləri, polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə koronavirusla bağlı reyd keçirilib. Reyd zamanı ka­rantin rejimi qaydalarını pozduğu üçün 2 nəfər rayon sakininin hər biri 100 manat məbləğində cərimə olunub. Bir neçə gündən sonra rayon ərazisində açıq fəaliyyətə başlayacaq ticarət obyektlərində və digər sahələrdə isə hazırlıq yoxlamaları davam etdirilir.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin bölgə müxbiri

25 Yanvar 2021 23:49 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə